UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ” – “Rakuv” (Polşa) oyununu Almaniyadan olan hakimlər idarə edəcəklər.
Arena.az xəbər verir ki, UEFA avqustun 2-də Bakıda keçiriləcək bu iki komandanın cavab matçını Sven Yablonskiyə həvalə edib.
Ona yan xətt hakimləri Lasse Koslovski və Eduard Beytinger kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tobias Reyxel yerinə yetirəcək.
Xatırladaq ki, “Qarabağ” – “Rakuv” oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu oyuna saat 20:00-da start veriləcək.
Bu komandalar arasındakı ilk oyun isə iyulun 26-da Polşada baş tutacaq. Çenstoxova şəhərindəki eyniadlı stadionda baş tutacaq matça Bakı vaxtı ilə saat 22:15-də start veriləcək. Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcəklər. FIFA referisi Lukas Fendrixə həmyerliləri Yonas Erni və Giyom Mer laynsman qismində yardım edəcəklər. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
İlk oyun, 26 iyul
22:15. Rakuv – Qarabağ
Hakimlər: Lukas Fendrix, Yonas Erni, Giyom Mer, Lionel Çudi (İsveçrə).
Çenstoxova. “Çenstoxova” stadionu.
Cavab oyunu, 2 avqust
20:00. Qarabağ – Rakuv
Hakimlər: Sven Yablonski, Lasse Koslovski, Eduard Beytinger, Tobias Reyxel (Almaniya).
Bakı Olimpiya stadionu.


