“Qarabağ” – “Rakuv” matçının yeri və vaxtı açıqlandı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa çempionu “Rakuv” ilə cavab oyununun vaxtı müəyyənləşib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu komandalar avqustun 2-də növbəti raundun iştirakçısını müəyyənləşdirəcəklər.

Bakı Olimpiya Stadionunda baş tutacaq cavab matçına saat 20:00-da start veriləcək.

Xatırladaq ki, “Qarabağ”la “Rakuv” arasında ilk oyun isə iyulun 26-da Polşada keçiriləcək. Saat 22:15-də start götürəcək həmin oyunun hətta hakimləri də bəllidir. Qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb. FIFA referisi Lukas Fendrixə həmyerliləri Yonas Erni və Giyom Mer laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: