Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Rusiyanın “Arsenal” (Tula) komandası ilə qarşılaşıb.
Qarşılaşmanın taleyini bir qol həll edib. Tula təmsilçisi matçın 20-ci dəqiqəsində vurduğu qol sayəsində meydandan qələbə ilə ayrılıb.
Xatırladaq ki, “Qarabağ” Avstriyadakı ilk yoxlama matçında Bolqarıstanın ÇSKA (Sofiya) komandasını 1:0 hesabıyla məğlub etmişdi.
Yoxlama oyunu
11 iyul
Qarabağ – Arsenal (Tula) 0:1
Qol: Markov, 20.


