“Qarabağ” üçün pley-offda “Tvente”

“Qarabağ”ın futbol üzrə Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün pley-off mərhələsindəki rəqibi dəqiqləşib.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu raundda Niderlandın “Tvente” kollektivi ilə üz-üzə gələcək.

Sözügedən komanda bu turnirin 3-cü təsnifat mərhələsində “Dunayska Streda” (Slovakiya) kollektivini iki oyunun nəticəsinə əsasən məğlub edib – 6:0, 3:3.

Xatırladaq ki, “Qarabağ” da bu raundda Ukraynanın “Dinamo” (Kiyev) komandasını mübarizədən kənarlaşdırıb. Polşada rəqibinə 0:1 hesabı ilə uduzmuş “köhlən atlar” Bakıda 2 cavabsız qolla qalib gəliblər.

Qurban Qurbanovun komandası “Tvente” səddini də keçəcəyi halda növbəti dəfə avrokubokların əsas mərhələsində iştirak hüququ qazanacaq. Ağdam klubu buna qədər Avropa Liqasında çıxış etsə də, Bolqarıstanın ÇSKA (Sofiya) komandasını mübarizədən kənarlaşdıra bilməyib və Konfrans Liqasına düşüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: