“Qarabağ” üçün pley-offda Zaqreb “Dinamo”su!

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki mümkün rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü bu gün İsveçrənin Nyon şəhərində atılıb.

Püşkdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi bilinib. Qurban Qurbanovun yetirmələrinin Bolqarıstan çempionu “Ludoqorets”lə təşkil etdiyi cüt səpələnməmişlər səbətində yer almışdı. Püşkün nəticəsində əsasən, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsində “Ludoqorets”i mübarizədən kənarlaşdırsa, pley-offda Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək. İlk oyun Zaqrebdə, ikinci oyun isə bu komandaya rəqib olacaq komandanın meydanında təşkil olunacaq.

Türkiyə təmsilçiləri “Fənərbaxça” ilə “Qalatasaray”ın da rəqibləri bilinib. Türkiyə çempionu “Qalatasaray”ı İsveçrə çempionu “Yanq Boyz”la görüşlər gözləyir. İlk oyun İsveçrədə, cavab görüşü Türkiyədə olacaq. “Fənərbaxça” isə “Lill” (Fransa) səddini keçsə, “Slaviya” (Praqa, Çexiya) – “Yunion” (Belçika) cütünün qalibi ilə qarşılaşacaq.

Əsas mərhələyə Çempionlar yolundan 5, Liqa yolundan 2 vəsiqənin sahibi müəyyənləşəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-of mərhələsinin ilk matçları avqustun 20-21-də, cavab görüşləri isə ayın 27-28-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Çempionlar yolu

“Yanq Boyz” (İsveçrə) – “Qalatasaray” (Türkiyə)

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” (Azərbaycan)/“Ludoqorets” (Bolqarıstan) cütünün qalibi

“Midtyulland” (Danimarka)/“Ferentsvaroş” (Macarıstan) cütünün qalibi – “Slovan” (Slovakiya)/APOEL (Kipr) cütünün qalibi

“Yagellonya” (Polşa)/“Bodo Qlimt” (Norveç) cütünün qalibi – “Srvena Zvezda” (Serbiya)

“Malmö” (İsveç)/PAOK (Yunanıstan) cütünün qalibi – “Sparta” (Çexiya)/“Styaua” (Rumıniya) cütünün qalibi

Liqa yolu

“Lill” (Fransa)/“Fənərbaxça” (Türkiyə) cütünün qalibi – “Slaviya” (Praqa, Çexiya)/“Yunion” (Belçika) cütünün qalibi

“Dinamo” (Kiyev, Ukrayna)/“Reyncers” (Şotlandiya) cütünün qalibi – “Zalsburq” (Avstriya)/“Tvente” (Niderland) cütünün qalibi