Avropa Liqasının 2026/2027 mövsümünün 1-ci təsnifat mərhələsində “Qarabağ” və “Vestri” arasında keçiriləcək oyunlara təyinatlar açıqlanıb.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Ağdam təmsilçisi İslandiya klubuna qarşı ilk oyunu iyulun 9-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Bu oyunu Moldovadan olan hakimlər idarə edəcəklər. Roman Jitai baş hakim olacaq. Ona yan xətdə Vlad Lifçiu və Vadim Vicol kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andrey Brequta yerinə yetirəcək. VAR-da İsveçrədən olan Luka Çibelli və Anoyen Kanaqasinqam çalışacaqlar.
Bu komandaların cavab görüşündə isə çexiyalı hakimlər iş başında olacaqlar. Reykyavikdə təşkil ediləcək matçın baş hakimi Marek Radina olacaq. Ona yan xətt hakimləri Kamil Hayek və Petr Katalik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Vokoun yerinə yetirəcək. VAR-da Tomas Koçureklə Andrey Berka çalışacaqlar.
Avropa Liqası
1-ci təsnifat mərhələsi
9 iyul
20:00. Qarabağ – Vestri
Hakimlər: Roman Jitari, Vlad Lifçiu, Vadim Vicol, Andrey Brequta (Moldova).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
17 iyul
00:00. Vestri – Qarabağ
Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Katalik, Daniel Vokoun (Çexiya).
Reykyavik. “Trottarvöllur” stadionu.


