“Qarabağ” – “Zirə” matçında mövsümün ilki qeydə alındı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turunun “Qarabağ” – “Zirə” oyunu mövsümün ilki ilə əlamətdar olub. Arena.az xəbər verir ki, “Azersun Arena”da təşkil olunan bu görüşdə vərəqə qeydə alınmayıb.

Belə ki, baş hakim Kamal Umudlu 90 dəqiqə ərzində futbolçulardan heç birinə vərəqə göstərməyib. Bu, mövsümdə ilk belə hadisədir.

Qeyd edək ki, “Qarabağ” – “Zirə” matçı 0:0 hesabı ilə başa çatıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: