Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilədən istifadə edən “Qarabağ” və “Zirə” yoxlama oyunu keçiriblər.
Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün “Azərsun Arena”nın məşq meydançasında üz-üzə gəliblər.
Oyun Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Aleksey Kaşuk dubla imza atıb. Digər qolu isə Zəkəriyyə Savo vurub. “Zirə”nin yeganə qolu isə Dameyn Smitdən gəlib.
Qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümündə keçirdiyi 5 oyunda 13 xal toplayıb və 12 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. “Zirə” isə 6 oyuna 10 xalla 5-cidir.
Ağdam təmsilçisi fasilədən sonrakı ilk oyununu oktyabrın 11-də “İmişli”nin qonağə olacaq. “Zirə”ni isə ayın 10-da “Şamaxı” ilə ev oyunu gözləyir.


