“Qarabağ”ın “Linkoln”la ilk matçının hakimləri bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Linkoln”a qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Cəbəllüttariq çempionları arasındakı ilk qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edəcək.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşmanın baş hakimi Vitali Spasyonnikov olacaq. Ona yan xətt hakimləri Raymond Tatrik və Artur Şakurov kömək edəcəklər. Dördüncü hakim funskiyasını isə Aleksandr Anufriyev yerinə yetirəcək.

Xatırladaq ki, “Qarabağ”ın “Linkoln”la ilk oyunu iyulun 11-də Cəbəllüttariqdəki “Viktoriya” stadionunda gerçəkləşəcək. Bu oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Cavab qarşılaşması isə iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu oyunun start fiti saat 20:00-da səslənəcək. Hələlik cavab matçını idarə edəcək hakimlər bəlli deyil.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi

İlk oyun
11 iyul

19:30. “Linkoln” – “Qarabağ”
Hakimlər: Vitali Spasyonnikov, Raymond Tatrik, Artur Şakurov, Aleksandr Anufriyev (hamısı Latviya).
Cəbəllüttariq. “Viktoriya” stadionu.

Cavab oyunu
19 iyul

20:00. “Qarabağ” – “Linkoln”
Bakı Olimpiya Stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: