“Qarabağ”ın rəqibi “Braqa” qələbəni əldən verdi

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Portuqaliya çempionatının 19-cu turu çərçivəsində “Çaves”lə qarşılaşıb.

Doğma meydanda baş tutan bu oyun Braqanın eyniadlı təmsilçisinin xal itkisi ilə yekunlaşıb – 1:1. 52-ci dəqiqədə Rodriqo Salasarın vurduğu qol sayəsində hesabı açan meydan sahibləri bu üsünlüyü qoruya bilməyiblər. “Qarabağ”ın rəqibi 64-cü dəqiqədə qələbəni əldən verib.

Bu heç-heçədən sonra braqalılar 37 xalla 4-cü pillədə qərarlaşıblar. Bu komanda növbəti matçını fevralın 5-də evdə “Moreyrense”yə qarşı keçirəcək.

Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı ilk oyun fevralın 15-də Portuqaliyada baş tutacaq. Bu komandaların cavab oyunu isə bir həftə sonra isə Bakıda təşkil ediləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: