“Qarabağ”ın rəqibi “Braqa” qələbəni 90+8-də əldən verdi

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Portuqaliya çempionatının 16-cı turu çərçivəsində “Vitoriya” (Gimaraynş) ilə qarşılaşıb.

Doğma meydanda baş tutan bu oyun Braqanın eyniadlı təmsilçisinin xal itkisiylə yekunlaşıb – 1:1. Meydan sahibləri 53-cü dəqiqədə Vitor Karvalyonun qolu ilə önə keçsələr də, 90+8-ci dəqiqədə buraxdıqları qol nəticəsində qələbəni əldən veriblər.

Bu heç-heçədən sonra braqalılar 33 xalla 4-cü pillədə qərarlaşıblar. Bu komanda növbəti matçını yanvarın 11-də Portuqaliya Kuboku çərçivəsində səfərdə “Benfika”ya qarşı keçirəcək.

Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı ilk oyun 2024-cü ilin fevral ayının 15-də Portuqaliyada baş tutacaq. Bu komandaların cavab oyunu isə bir həftə sonra isə Bakıda təşkil ediləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: