“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Rakuv” Polşa çempionatında yeni mövsümün ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda doğma meydanda “Yagelloniya” ilə qarşılaşıb.
“Qarabağ”ın rəqibi bu oyunda 3:0 hesabı ilə qalib gəlib. Lukaş Zvolinskinin dubla (45+2, 63) imza atdığı oyunda sonuncu qolu Bartoş Novak (65) vurub.
Xatırladaq ki, “Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Polşada keçirəcək. Həmin oyuna Bakı vaxtı ilə saat 22:15-də start veriləcək. Cavab matçı avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu oyun saat 20:00-da start götürəcək.


