Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ” ilə Kiyev “Dinamo”su arasında keçiriləcək oyunların hakimləri açıqlanıb.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, avqustun 6-da Polşanın Lyublin şəhərində keçiriləcək ilk matçı danimarkalı hakimlər briqadası idarə edəcək. Baş hakim Morten Kroq olacaq. Ona yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR sisteminə Yakb Kelet nəzarət edəcək. AVAR-da isə Yens Maye oturacaq.
Avqustun 13-də Bakıda təşkil olunacaq cavab matçı isə İngiltərədən olan hakimlər briqadasına həvalə edilib. Görüşün baş hakimi Stüart Attvell olacaq. Ona yan xətt hakimləri Yan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lyuis Smit yerinə yetirəcək. VAR-da Piter Benks, AVAR-da isə Ceyms Bell çalışacaq.
Qeyd edək ki, bu komandalar arasında keçiriləcək ilk görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək cavab matçı isə saat 20:00-da başlayacaq.


