“Qarabağ”la Uroş Matiçlə vidalaşdı – yeni klubu da bəllidir

“Qarabağ” yarımmüdafiəçisi Uroş Matiçlə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Serbiyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Qarabağ” göstərdiyi xidmətə görə Uroş Matiçə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Artıq Matiçin yeni komandası da bəllidir. 31 yaşlı yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Təcrübəli oyunçu bu ölkənin “Abha” klubuna keçib. O, yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Uroş Matiç “Qarabağ”a ötən ilin yayında keçmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: