“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya klubu ilə cari müqaviləsinə dair vəziyyəti şərh edərək, açıqlama verib.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Daha əvvəl deyildiyi kimi, hər şeyin bir əvvəli və bir sonu var. Cari mövsümün sonunda biz, mənim, müqaviləm üzrə işləməyimə davam etməyimə və ya cari mövsümün sonunda klubu tərk etməyimə gərək olduğunu öyrənəcəyik”, deyə Qasperini vurğulayıb.
Can Pyer Qasperini “Atalanta”nı 2016-cı ilin iyul ayından çalışdırır. İtalyan mütəxəssisin Berqamo klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Çalışdırdığı müddətdə Qasperini “Atalanta”nı 426 oyuna çıxarıb, 221 qələbə, 99 heç-heçə, 106 məğlubiyyət yaşayıb. Qasperinin rəhbərliyi altında “Atalanta” 831 qol vurub, 506 qol buraxıb.
Qasperini “Atalanta”ya 2023/2024-cü illər mövsümü Avropa Liqasının çempionluğunu qazandırıb.


