“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini Avropa Liqasının cari mərhələsində qalibiyyətə əsas namizədləri müzakirə edib.
Arena.az xatırladır ki, “Atalanta” öz qrupunun qalibi olub və yarışın ələmə mərhələsində mübarizəsinə 1/8 finaldan başlayacaq.
“Üç mərkəz müdafiəçisi ilə oynamaq karyeramda mənə kömək etdi. Düşünürəm ki, mən öz zəmanəmi müəyyən qədər qabaqlamışam. Keçən il Çempionlar Liqasının finalçıları olan “İnter” və “Mançester Siti” indi belə oynayırlar.
Pioli (“Milan” baş məşqçisi) ilə razı deyiləm və “Atalanta”nın Avropa Liqasını qazanmaq üçün favorit olduğunu düşünmürəm. Kuboka əsas iddiaçılar “Liverpul”, “Bayer” və “Milan”dır”, – jurnalist Nikolo Skira Qasperinidən sitat gətirir.


