Qasperini Avroliqada “Sportinq” üzərində qələbəni şərh etdi

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini Avropa Liqasının 1/8 finalında Lissabon “Sportinq”i ilə cavab oyununu şərh edib.

Arena.az xatırladır ki, “Atalanta” Lissabondakı səfər oyununda 1:1 hesablı heçədən sonra, Berqamoda “Sportinq” üzərində 2:1 hesablı qələbə qazanaraq, növbəti mərhələyə adlayıb.

“Komanda üçün, bütün berqamolular üçün yenidən dörddəbir finala yüksəlmək böyük sevincdir. Portuqaliyada ağalıq edən komandaya qarşı çətin idi. Biz geridə idik, amma komanda həqiqətən yaxşı iş gördü. Biz şadıq.

İkinci hissəni əla keçirdik, amma sonda bir qədər yorğunluq vardı. Bu, yalnız gələcəkdə bizə ancaq kömək edəcək, amma uşaqlar qeyri-adi idilər. Çətin oyunlar silsiləsini uğurla başa vurduq. Bu komandanın xidmətləri daha da artıb.

1/4 finalın püşkatmasında İtaliyanın səkkiz komandasından üçü iştirak edir. Seçmək məcburiyyətində olsam, sonrakı mərhələdə onlardan biri ilə qarşılaşmağı üstün tuturam. Püşkatma gözlənilməzdir, komandaların hamısı yüksək səviyyədədir və Avropa Liqasının son səkkizliyinə düşəndə seçim etmək gərk deyil”, – Qasperini matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, az öncə atılmış püşk “Atalanta”nı Avropa Liqasının əsas favoriti olan “Liverpul”a rəqib edib. İlk oyun aprelin 11-də Liverpulda, cavab oyunu isə aprelin 18-də Berqamoda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: