Qasperini: “Biz skudettonu qazana bilməyəcəyik, təəssüf edirəm”

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini komandasının İtaliya A Seriyasının cari mövsümündə hədəfindən danışıb:

Arena.az “Milan News” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Skudetto qazana bilməyəcəyik, çox təəssüf edirəm. Amma biz heç nədən geri çəkilmirik, məqsəd UEFA Çempionlar Liqasına düşməkdir, yeganə düzgün məqsədimiz budur. Əgər Romadakı oyundan razı qalıb-qalmadığımı soruşsanız, hərəkət etdiyimiz istiqamətdən çox razıyam, bilmirəm, amma komanda bir araya gəlir. Yalnız UEFA Çempionlar Liqası var, qalanı – heçdir”, – deyə Qasperini bildirib.

Xatırladaq ki, İtaliya A Seriyasının ilk dövrəsindən, 19 turundan sonra “Atalanta” 30 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. A Seriyasına 48 xalla “İnter” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: