“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini niderlandlı yarımmüdafiəçi Tyon Kopmeynersi komanda ilə məşqlərdən kənarlaşdırıb.
Arena.az jurnalist Canluka Di Martsionun saytına istinadən məlumat verir ki, italyan mütəxəssis bu qərarını, niderlandlı futbolçunun “Yuventus”a keçməyə qərar verməsi ilə əsaslandırıb:
“Kopmeyners “Yuventus”a keçməyə qərar verib və bundan sonra bizimlə oynamayacaq və məşq etməyəcək. O, əsəb hiss edir və bu münasibətlə nə özünə, nə komandaya, nə də komanda yoldaşlarına faydalı ola bilməz.
Keçən həftəyə qədər Kopmeyners üçün işlər çox yaxşı gedirdi. Futbolçunun artıq “Yuventus”la anlaşması var və klub da öz növbəsində bu vəziyyətdən təhrik edildiyini hiss etdiyi üçün çox güclü mövqe tutub. Bu vəziyyət “Atalanta”nın qiymətli varlıqlarını böyük adlara satdığı digərlərindən fərqlidir. Mən futbolçunu, eləcə də “Atalanta”nın münasibətini başa düşürəm.
Məsələ burasındadır ki, üç çox vacib oyunçumuzu (zədəlilər – Skalvini və Skamakka, həmçinin Kopmeyners – redaktorun qeydi) itirmişik. Bu itkilər texniki cəhətdən komandadan çox şey alır. Biz kritik vəziyyətdəyik, klub bununla məşğul olacaq, amma indi komanda ötən mövsümün sonundakından qat-qat az rəqabətəqadirdir”, deyə Qasperini vurğulayıb.
Xatırladaq ki, qarşıda “Atalanta”nı UEFA Super Kuboku uğrunda “Real”la həlledici oyun gözləyir. Qasperini bu baxımdan heyəti həmin oyuna hazırmağa çalışır.
“Real” UEFA Super Kubokunda iştirak hüququnu ötən mövsüm Çempionlar Liqasının qalibi olmaqla, “Atalanta” isə ötən mövsün Avropa Liqasının qalibi olmaqla əldə edib.
2023/2024-cü illər mövsümünün Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında UEFA Super Kuboku uğrunda oyun Polşanın paytaxtı Varşavanın “Milli” stadionunda keçiriləcək. Oyun avqustun 14-də baş tutacaq.


