Qazaxıstanın Akmola vilayətində uşaq futbol komandasının mikroavtobusu ağır yol-nəqliyyat hadisəsinə düşüb.
Arena.az bu barədə “RİA Novosti Sport” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü yük maşınını ötərkən, mikroavtobusu aşırıb. Mikroavtobusda 14-16 yaş aralığında 16 uşaq və məşqçi olub. Qəza nəticəsində futbol komandasının baş məşqçisi yerindəcə keçinib. Yeniyetmə oyunçuları isə xəstəxanaya çatdırıblar, onlar həkim nəzarətindədirlər. Komanda Pavlodar şəhərindən Astanaya yarışda iştirak etmək üçün yollanırdı.
Vurğulanır ki, yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb, təhqiqat aparılır. Dəqiqləşdirilir ki, yetirmələrini yarışa göndərmiş idman məktəbinin rəhbərliyi polis əməkdaşlarını məlumatlandırmadığından, komandanı yarışa aparan mikroavtobus yol-patrul xidməti tərəfindən müşayiət edilməliyb.


