Futbol üzrə Almaniya milli komandasının sabiq yarımmüdafiəçisi Qonsalo Kastro futbolçu karyerasını başa vurub. Arena.az xəbər verir ki, bunu 35 yaşlı yarımmüdafiəçi özü açıqlayıb.
“Arminiya” ilə bu yay başa çatan müqaviləsinin ardından azad agent statusu alan Kastro yeni klub tapa bilməyib. Bu üzdən də o, futbolla vidalaşmaq qərarına gəlib. Yarımmüdafiəçi cəmi bir mövsüm formasını geyindiyi “Arminiya”da 12 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qonsalo Kastro peşəkar karyerasına “Bayer”də başlayıb və 2004-cü ildən 2015-ci ilə qədər məhz bu klubun uğurları üçün çalışıb. 2015-ci ildə isə o, Dortmund “Borussiya”sına keçib. Yarımmüdafiəçi həm bu komandada, həm də sonradan transfer olduğu “Ştutqart”da 3 mövsüm keçirib. Kastro kayrerası ərzində bütövlükdə 590 matça çıxıb, 55 qola imza atıb. O, 2007-ci ildə debüt etdiyi Almaniya millisində 5 oyuna çıxsa da, qol və məhsuldar ötürmə müəllifi olmayıb.