Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın “Ximki” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya Premyer Liqasının 14-cü turu çərçivəsində baş tutan Moskva “Spartak”ı ilə qarşılaşmanın iştirakçısı olub.
“Ximki” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:5.
Ayaz Quliyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. “Ximki”nin digər azərbaycanlı futbolçusu İlya Sadıqov da “Spartak”la görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.
“Ximki” 14 turdan sonra 9 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.


