Qus Hiddink karyerasını başa vurdu

Niderlandlı məşqçi Qus Hiddink karyerasını başa vurub. Arena.az xəbər verir ki, bu barədə 74 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında məlumat verib:

“Koronavirusa yoluxduğum üçün son vaxtlar işləyə bilmədim. Kurasao Futbol Federasiyasının prezidenti ilə danışdım. O, mənim bir müddət də postumda qalmağımı istədi. Lakin mən karyeramı bitirmək qərarını vermişəm. Dik Advokat kimi yenidən məşqçiliyə qayıdacağammı? Xeyr”.

Qus Hiddink 2020-ci ilin sentyabr ayından Kurasao yığmasına rəhbərlik edirdi. Bu ilin mayında onun koronavirusa yoluxduğu açıqlanmışdı. Bu üzdən də təcrübəli mütəxəssisin işi müvəqqəti olaraq həmyerlisi Patrik Kluyverdə tapşırılmışdı.

Niderlandlı mütəxəssis karyerası ərzində PSV, “Real”, “Betis”, “Anji”, “Çelsi”, “Fənərbaxça”, “Valensiya” kimi klublarda, həmçinin Rusiya, Türkiyə, Niderland, Avstraliya, Cənubi Koreya kimi yığma komandalarda baş məşqçi işləyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: