Qvardiola: “Əsas odur ki, mərhələni keçdik”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin “Əl-Əyn”lə 2-tur oyununu (6:0) şərh edib.

Arena.az “Mançester Siti”nin rəsmi saytına istinadən, 54 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Ən əsası – biz daha növbəti mərhələdəyik. Biz davam etmək istəyirik, yüksək səviyyəli komandalarla isə istənilən halda görüşməli olacağıq. Siz Braziliya və Avropa komandalarının səviyyəsini görürsünüz, bu, həyəcan doğurmur. “Yuventus”la oyuna qədər, bizim ixtiyarımızda dörd gün var, ardınca isə növbəti rəqib gələcək. Mən ABŞ-da daha bir həftə qalacağımıza şadam”, deyə Qvardiola vurğulayıb.

2 turdan sonra “Mançester Siti”nin yer “G” qrupunda yarış cədvəli belə bir mənzərə yaradır:

  1. “Yuventus” – 6 xal;
  2. “Mançester Siti” – 6 xal;
  3. “Vidad” – 0;
  4. “Əl-Əyn” – 0.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: