Qvardiola FIFA-nı məhkəməyə vermək ideyasını dəstəklədi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola təqvim sıxlığı ilə bağlı həllər istiqamətində tutduğu mövqe ilə diqqət çəkib.

Arena.az “Daily Mail” nəşrinə istinadən məlumat verir ki, ispan mütəxəssis oyun təqviminin genişləndirilməsi ilə bağlı oyunçular birliyinin FIFA-nı məhkəməyə vermək ideyasını dəstəkləyib:

“Yalnız oyunçular hər şeyi dəyişə bilərlər. Artıq demişəm ki, oyunlarımız çoxdur. Fəsad ondadır ki, yayda cəmi üç həftəlik məzuniyyətimiz var – bu, bərpa olmaq üçün kifayət deyil. Zədələrin sayına baxın”, – deyə Qvardiola əsas amili qabardıb.

Hazırda Xosep Qvardiolanın “Mançester Siti”si İngiltərə Premyer Liqasının turnir cədvəlində 19 oyundan 40 xalla 3-cü pillədə qərarlaşıb. Premyer Liqaya 42 xalla “Liverpul” başçılıq edir.

“Mançester Siti” növbəti oyununu yanvarın 13-də şənbə günü 21-ci tur çərçivəsində səfərdə “Nyukasl”a qarşı keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: