Qvardiola: “Kristal Pelas”a qarşı oyun planımız baş tutmadı”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Kubokunun finalında “Kristal Pelas” 0:1 hesablı məğlubiyyəti şərh edib.

Arena.az “Mançester Siti”nin rəsmi saytına istinadən, 54 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Biz qalib gələ bilmədik, çünki oyun planımız işə yaramadı, amma mən heç bir xüsusa görə təəssüf etmirəm. Sauthemptonda biz dünənkindən də pis oynamışdıq, amma ürəyimə artıq pis bir duyğu dammışdı. Bizim fürsətlərimiz vardı, amma rəqibin cərimə meydançasında bu qədər çoxlu oyunçu olanda, bu, asan deyil. İndi biz dincələcəyik və son iki finala tez bir surətdə hazır olacağıq ki, Çempionlar Liqasına təsnif ola bilək”, deyə Qvardiola vurğulayıb.

Əlavə edək ki, “Kristal Pelas” tarixində ilk böyük qəniməti qazanıb. Nəticədə bu komanda 2025-ci il İngiltərə Super Kubokunun final oyununda oynamaq imkanı əldə edib. “Qartallar” burada İngiltərə nəhəngi “Liverpul”la qarşılaşacaqlar. “Kristal Pelas” həmçinin Avropa Liqasında iştirak hüququ qazanıb.