“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 34-cü turunun “Aston Villa” ilə ev oyununu şərh edib.
Arena.az məlumat verir ki, “şəhərlilər” 90+4-cü dəqiqədə vurduqları qolla 2:1 hesablı vacib qələbə qazanıblar.
Qvardiola matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Mən çox xoşbəxtəm. Biz mövsümün son dörd oyununa daxil oluruq və UEFA Çempionlar Liqası uğrunda mübarizə aparırıq. Əgər biz növbəti dörd oyunda qələbə qazana bilsək, onda mövsümün ən vacib məsələsini həll etmiş olarıq.
Bizim, “Aston Villa”ya – “Nyukasl” və PSJ ilə oyunlarda gördüyümüz ən yaxşı komandalardan birinə qarşı oynadığımızı başa düşmək üçün dahi olmağa gərək yoxdur. Bu, qeyri-adi komandadır, amma biz də əvvəlki vaxtlarımızda olduğu kimi, eyni fədakarlıqla oynadıq”, – “The Guardian” nəşri ispan mütəxəssisdən sitat gətirir.
34 oyundan 61 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlində şərti olaraq 3-cü pillədə qərarlaşıb. “Aston Villa” isə 57 xalla şərti olaraq 7-ci pillədədir.
Premyer Liqaya 33 oyundan 79 xalla “Liverpul” başçılıq edir.


