Qvardiola: “Təəssüf ki, “Brayton”u məğlub edə bilmədik”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının “Brayton”la 29-cu tur ev oyununu (2:2) şərh edib.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Bu, yaxşı oyun idi, gərgin oyun idi. Mən, bizim indi etdiyimizi icra etməyin nə qədər çətin olduğuna bələdəm. Oyunçularım hər şeyi verdilər – biz bir xal qazandıq və yolumuza davam edirik. Əlbəttə, mənim əminliyim var. Bu, həmişə olub. Gənc futbolçular da yaxşı oynadılar, müdafiəçilərimiz ağılla fəaliyyət göstərirdilər. Biz qələbəyə yaxın idik, amma təəssüf ki, ona müvəffəq ola bilmədik”, deyə Qvardiola vurğulayıb.

29 oyundan sonra “Mançester Siti” 48 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Brayton” isə 47 xalla 7-ci pillədədir.

Premyer Liqaya 29 oyundan 70 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: