Radomir Djaloviç – “Kayserispor”un yeni baş məşqçisi!

Monteneqrolu futbol mütəxəssisi Radomir Djaloviç bundan sonra Türkiyənin “Kayserispor” komandasını çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

42 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulmuş müqavilə imzalanıb. O, bir neçə gün öncə istefaya göndərilmiş almaniyalı mütəxəssis Markus Gisdolu əvəz edib.

Radomir Djaloviç son olaraq Sloveniyanın “Maribor” komandasının baş məşqçisi olub. 42 yaşlı məşqçi sözügedən klubdan bu ilin sentyabr ayında ayrılmışdı. Djaloviç daha öncə Xorvatiyanın “Riyeka” komandasını da çalışdırıb.

“Kayserispor” Türkiyə Super Liqasının yeni mövsümündə uğursuz çıxışı ilə diqqət çəkir. Kayseri təmsilçisi keçirdiyi 8 oyunda qələbə qazana bilməyib. 5 heç-heçə etmiş komanda 3 məğlubiyyətə üzülüb və hazırda 5 xalla 17-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: