Rafael Benites rəsmən “Everton”da!

İspaniyalı mütəxəssis Rafael Benites İngiltərənin “Everton” klubunun yeni baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni baş məşqçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. O, iyulun 5-də işə başlayacaq. Benites baş məşqçi postunda İspaniyanın “Real” klubu ilə müqavilə imzalamış Karlo Ançelottini əvəzləyib.

Qeyd edək ki, Rafael Benites 2006-2010-ci illərdə “Everton”un əzəli rəqibi “Liverpul”a rəhbərlik edib. Son olaraq Çinin “Dalyan” klubunu çalışdırmış 61 yaşlı mütəxəssis, “Nyukasl”, “Napoli”, “İnter”, “Valensiya”, “Tenerife”, “Osasuna”, “Valyadolid” kimi komandalara da rəhbərlik edib.