Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 30-cu turu “Zirə”nin braziliyalı vingeri Rafael Utziq üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Utziq Azərbaycan çempionatlarında 25-ci qolunu vurub.
Onun yubileyi Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilmiş “Neftçi” ilə səfər matçına təsadüf edib. Braziliyalı futbolçu paytaxt derbisində dubla imza atıb. İlk top onun Premyer Liqada ümumilikdə 25-ci, “Zirə” forması ilə 10-cu qolu olub.
Qeyd edək ki, Premyer Liqada “Qəbələ”də də çıxış etmiş Rafael Utziq ümumilikdə 124, “Zirə”də 43 matç keçirib.


