Rafael Varan “Mançester Yunayted”lə müqavilə imzaladı

Madrid “Real”ı ilə yollarını ayıran Rafael Varan İngiltərənin “Mançester Yunayted” klubu ilə müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Fransız stopperlə 4 illik müqavilə imzalanıb. “Qırmızı şeytanlar” bu transferə görə Madrid klubuna 40 milyon avro ödəyib.

Qeyd edək ki, Rafael Varan 2011-ci ildən “Real”da çıxış edirdi. O, bu komandanın heyətində 360 matça çıxıb. 28 yaşlı futbolçu daha öncə yetirməsi olduğu Fransanın “Lans” klubunda forma geyinib. Fransa millisində 79 matça çıxan mərkəz müdafiəçisi, 5 qol da vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: