Bu yay “İmişli”dən azad agent kimi ayrılmış braziliyalı sağ cinah müdafiəçisi Rafael Vyeqas yenidən əyalət klubuna qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə İmişlinin eyniadlı klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 32 yaşlı futbolçu ilə mövsümün sonuna qədər nəzərdə tutulmuş 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, ötən mövsüm bitən kimi braziliyalı müdafiəçi ilə müddəti bitmiş müqavilənin yenilənmədiyi açıqlanmışdı.
Rafael Vyeqas “İmişli”yə ötən ilin yayında Portuqaliyanın “San Juan de Ver” klubundan gəlmişdi. O, əyalət klubunun heyətində 32 oyuna çıxıb, 1 qola imza atıb.
Tam adı Rafael Ferreyra Vyeqas olan futbolçu Braziliyanın “Real Braziliya” klubunun yetirməsidir. O, Portuqaliyada “Aqueda”, “Şaveş”, “Salqyeros”, “Felqeyras”, “Vilaverdense”, Çexiyada “Znoymo” kimi klubların da formasını geyinib.


