Rahil Məmmədov “Radomyak”da debüt etdi

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın “Radomyak” klubunda ilk rəsmi matçına çıxıb.

Arena.az xəbər verir ki, Polşa Ekstraklasasında 2024/2025 mövsümünə start verilib.

Rahilin komandası da yeni mövsümdə ilk matçına çıxıb. Radom klubu startda “Katovitse”nin qonağı olub. Üç qolun qeydə alındığı oyun “Radomyak”ın 2:1 hesablı səfər qələbəsiylə yekunlaşıb.

Rahil bu oyunda meydana çıxmaqla yeni klubunda debüt edib. O, 90+2-ci dəqiqədə meydana buraxılıb.

Xatırladaq ki, bu yay Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 17 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: