Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Rahil Məmmədovun komandası “Radomyak” bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, bu gün Polşa Ekstraklasasında 2024/2025 mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.
Radom klubu da evdə “Korona” ilə qarşılaşıb. Oyun “Radomyak”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rahil bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Rahil Məmmədovun komandası 9 turdan sonra 9 xalla 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, bu yay Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandada 4 rəsmi matça çıxıb.
Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 17 oyuna çıxıb.


