Ramil Şeydayev “Soçi”də – Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev bundan sonra Rusiyanın “Şoçi” klubunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Son olaraq Azərbaycanda “Qarabağ”ın formasını geyinmiş Şeydayev yeni klubuna azad agent kimi qoşulub. Tərəflər arasında bağlanmış sözləşmə 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulub. Ramil yeni komandasında 7 nömrəli forma ilə çıxış edəcək.

Ramil Şeydayev karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tailand), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.

30 yaşlı hücumçu Azərbaycan milli komandasında keçirdiyi 69 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: