“Betis”in idman direktoru Ramon Planes Əndəlüs klubundan ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib.
Arena.az bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
İspan mütəxəssis “Əl-İttihad”ın təklifi ilə razılaşıb və “Betis”i dərhal tərk edib.
Ramon Planes, Marselo Qalyardonun baş məşqçisi olduğu “Əl-İttihad”ın yeni direktoru vəzifəsini alıb.
Xatırladaq ki, 56 yaşlı mütəxəssis əvvəllər “Barselona”nın idman direktoru olub. O, 2021-ci ilin noyabrında Kataloniya nəhənginin düşərgəsini tərk edib. Daha sonra Planes “Xetafe” və “Betis”də çalışıb.
“Əl-İttihad” cari 2023/2024 mövsümündə Səudiyyə Ərəbistanı Peşəkar Liqasında keçirdiyi 18 oyundan 28 xalla turnir cədvəlinin 7-ci pilləsində qəralaşıb. Çempionatda 19 oyundan 53 xal toplamış “Əl-Hilal” başçılıq edir.


