“Real” İspaniya La Liqasının prezidenti Xavyer Tebasın klubla bağlı açıqlamalarını qəbuledilməz hesab edir və istefa verməsini istəyir.
Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti tərəfindən yayımlanan bəyanatda bildirilib.
Sentyabrın 20-də “Real” İspaniya çempionatının oyununda səfərdə “Atletiko”ya 1:2 hesabı ilə uduzub. Qarşılaşmadan sonra komandanın baş məşqçisi Joze Mourinyo baş hakim Migel Anxel Ortis Ariasın “Atletiko”nun futbolçuları Li Kan İn və Kristian Romeroya qırmızı vərəqə göstərməməsindən narazılığını ifadə edib. Daha sonra AS qəzeti La Liqanın Hakimlər üzrə Texniki Komitəsinin Li Kan İnə qırmızı vərəqə göstərilməli olduğunu hesab etdiyini yazıb.
Bundan sonra Tebas Madrid nəhəngini və klubun telekanalını tənqid edib, onları hakimlərə təzyiq göstərməkdə ittiham edib.
Madrid klubu La Liqa prezidentinin mövqeyinə sərt reaksiya verib:
“Klubumuz hesab edir ki, La Liqa prezidentinin vəzifəsindən istifadə edərək hər bir ictimai çıxışında “Real”ı gözdən salması və hədəfə alması qəbuledilməzdir. La Liqadakı bütün klubların maraqlarını təmsil etməli və müdafiə etməli olan şəxsin komandamıza bu qədər fokuslanması və klubumuzu davamlı olaraq ictimai hücumların hədəfinə çevirməsi ciddi narahatlıq doğurur”.
Bəyanatda Tebasın son açıqlamaları da tənqid edilib:
“Onun son fikirləri xüsusilə ciddidir və anlaşılmazdır. Bunlar rəqəmsal nəşrdə müstəqil jurnalistin yazısına əsaslandığı üçün məsul rəhbərə yaraşmır. Buna baxmayaraq, o, klubumuzun idman strategiyasını belə qiymətləndirərir ki, bu da tamamilə yersiz və məsuliyyətsizdir”.
Madrid klubu La Liqanın rəhbərliyində dəyişiklik edilməsinin vacibliyini də vurğulayıb:
“Bu cür yolverilməz və sistematik davranışları nəzərə alaraq hesab edirik ki, İspaniyanın peşəkar futbol çempionatının təcili olaraq onun potensialını tam reallaşdırmağa qadir, eyni zamanda neytrallıq prinsipinə riayət edən rəhbərə ehtiyacı var. La Liqa prezidenti çempionatın sahibi deyil, klublara xidmət edən və onların etibar etdiyi idarəçidir. Klublara bu missiyanı dürüst şəkildə yerinə yetirəcək şəxs lazımdır”.
64 yaşlı Xavyer Tebas 2013-cü ildən La Liqaya rəhbərlik edir. Funksioner daha əvvəl bir neçə dəfə “Real” azarkeşi olduğunu açıqlayıb.


