“Real” qış transfer pəncərəsində hücumçu alacaq?

İspaniya nəhəngi “Real”ın rəhbərliyi qarşıdakı qış transfer pəncərəsində komandaya yeni hücumçu almamaq qərarına gəlib.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, əvvəlcə “kral klubu”nun rəhbərliyi bir hücumçunun alınmasının məqsədəuyğunluğu ilə bağlı daxili müzakirələr aparıb. Bununla belə, klubun yüksək vəzifəli şəxsləri mövsümün əvvəlində yüksək məhsuldarlıq nümayiş etdirən gənc ingilis yarımmüdafiəçi Cud Bellingemin komandada sistem formalaşdıran fiqura çevrilməsi ilə razılaşıblar. Beləliklə Madrid təmsilçisi yeni bir hücumçu almaq niyyətindən daşınıb. Həmçinin, “Real” rəhbərliyi veteran hücumçu, “Espanyol”dan icarə edilmiş Xoselunun nümayiş etdirdiyi oyun səviyyəsindən razıdır.

20 yaşlı Bellingem cari mövsümdə “Real”ın heyətində 10 oyuna 10 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

33 yaşlı Xoselu isə 11 oyunda meydanda çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: