“Real Sosyedad” Fransa komandalarına qarşı gücsüzdür

Fevralın 14-də Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real Sosyedad” səfərdə PSJ-yə 0:2 hesabı ilə məğlub olub.

Arena.az məlumat verir ki, bu məğlubiyyət San-Sebastyan təmsilçisinin Çempionlar Liqasının ələmə mərhələlərində ardıcıl 3-cü məğlubiyyətidir.

Daha əvvəl, Çempionlar Liqasının 2003/2004-cü illər mövsümünün 1/8 final mərhələsində “Real Sosyedad” hər iki oyunda “Lion”a 0:1 hesabı ilə məğlub olaraq mübarizəsini dayandırmışdı.

Göründüyü kimi, Sosyedad klubu Çempionlar Liqasının ələmə mərhələsində ardıcıl 3-cü dəfə məğlub olub. Komanda hər üç halda bu məğlubiyyətlərini Fransa təmsilçilərindən alıb.

Vurğulayaq ki, “Opta Sport” statistik internet-portalının məlumatına görə, “Real Sosyedad” 1973-cü ildən bəri bütün yarışlarda ilk dəfə ardıcıl olaraq 5 oyunda qol vura bilməyib.

Fransa və İspaniya komandaları arasında cavab oyunu martın 5-də keçiriləcək. Komandalar San-Sebastyandakı “Anoeta” stadionunda qarşılaşacaqlar.