Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Kubokunun 4-cü təsnifat mərhələsi çərçivəsində “Düzcəspor”la qarşılaşıb.
Hatay təmsilçisi bu rəqibini 2:1 hesabıyla məğlub edərək Türkiyə Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb.
Renat bu görüşün 60-cı dəqiqəsində meydana buraxılıb. Azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 10 oyun keçirib və 4 qol vurub.


