Renat Dadaşov “Qaziantep”ə qarşı bir hissə oynadı – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 16-cı turu çərçivəsində “Qaziantep”lə qarşılaşıb.

“Hatayspor” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan heç-heçə ilə ayrılıb – 0:0.

Dadaşov bu oyunun ikinci hissəsində meydana buraxılıb. 46-cı dəqiqədə “döyüş”ə atılan forvard 75-ci dəqiqədə sarı vərəqə alıb. Cari mövsümdə 4 qol vurmuş millimizin üzvü bu dəfə fərqlənə bilməyib.

Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 19 turdan sonra 20 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 14 oyun keçirib və 4 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: