Roi Kehat “Sumqayıt”da qalır – Rəsmi

“Sumqayıt” İsraildən olan 32 yaşlı hücumameyilli yarımmüdafiəçisi Roi Kehat ilə müqaviləsinin müddətini artırıb.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, “Sumqayıt” 2025/2026-cı illər mövsümü üçün heyət çalışmalarına start verib. Sözügedən klub yarımmüdafiəçi Roi Kehatla qüvvədə olan müqavilənin müddətini daha 2 il uzadıb.

“Sumqayıt” Kehatı 2023-cü ilin iyulunda “İroni Kiryat Şmona” klubundan transfer edib. Yarımmüdafiəçi cari mövsümdə bu komandanın heyətində 5 oyuna çıxıb, 2 qola imza atıb. Kehat “Sumqayıt”da bütövlükdə 69 oyun keçirib, 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İsrailli futbolçunun “Sumqayıt”la əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonunda bitəcəkdi.

32 yaşlı futbolçu Təl-Əviv “Makkabi”sinin yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb. Hücumameyilli yarımmüdafiəçi “Hapoel” (Beer Şeva), “Makkabi” (Yavne), “İroni Kiryat Şmona”, “Austriya” (Vyana), “Makkabi” (Hayfa), “Makkabi” (Netanya) klublarında da forma geyinib.

İsrailin aşağı yaş qrupları üzrə müxtəlif millilərində oynamış yarımmüdafiəçi əsas yığmada da 5 matça çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: