Romelu Lukaku “İnter”i seçdi

Çelsi”nin Milan “İnter”ində icarə əsasında çıxış edən belçikalı hücumçusu Romelu Lukaku özünün gələcəyi ilə bağlı qərarını açıqlayıb.

Arena.az xəbər verir ki, Lukaku bu barədə İtaliya klubunun rəhbərliyi ilə yanaşı, “zadəganlar”ın yeni təyin edilmiş argentinalı baş məşqçisi Maurisio Poçettinoya da məlumat verib.

30 yaşlı forvard Poçettino ilə gələcəyi barədə qərarını müzakirə edərək “İnter”də qalmaq istəyində olduğunu bildirib. Argentinalı mütəxəssisin “Çelsi”yə təyinatının Lukakunun gələcək planlarına heç bir təsiri olmayıb.

Romelu Lukaku cari mövsümdə 36 oyunda “İnter”in heyətində meydana çıxıb, 14 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı futbolçunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: