Romelu Lukaku “Yuventus”la razılığa gəldi, amma…

İngiltərənin “Çelsi” klubunun belçikalı hücumçusu Romelu Lukaku yaxın vaxtlarda İtaliya nəhəngi “Yuventus”a keçə bilər.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.

Mənbənin sözlərinə görə, Lukaku “qoca sinyora” ilə müqaviləsinin şəxsi şərtlərini razılaşdırıb. Amma tərəflər müqavilə ilə bağlı razılığa gələ bilsələr də, belçikalının “Yuventus”a keçidi Turin klubunun sövdələşmədə tutduğu mövqedən asılı olaraq, baş tutmaya bilər.

Msələ burasındadır ki, İtaliya nəhəngi “Çelsi”dən əlavə 40 milyon avro ödəmək tələbi ilə Romelu Lukakunun Duşan Vlahoviçlə dəyişdirilməsində israr etməyə davam edir. Belə vəziyyətdə London klubu hələ ki, Vlahoviçə ehtiyacı olub-olmaması ilə bağlı təhlilə dalıb. “Zadəganlar” hələ yekun qərar verməyiblər və cavab verməyə də tələsmirlər. “Yuventus” da öz növbəsində “Çelsi”nin qərarını gözləyir.

Sövdələşmə baş tutarsa, Lukaku Turin klubu ilə bir illik uzadılma maddəsi daxil, üç illik müqavilə imzalayacaq.

Geridə qalmış 2022/2023 mövsümündə Romelu Lukaku icarə əsasında “İnter”də çıxış edib. Belçikalı hücumçu bu komandanın heyətində 37 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 30 yaşlı Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: