Türkiyənin “Göztəpə” klubunun braziliyalı mərkəz hücumçusu Romulo bundan sonra “Leypsiq”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
Bundesliqa təmsilçisi bu transfer üçün qarşı tərəfə 20 milyon avro ödəyib. 23 yaşlı forvard “Leypsiq”lə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.
Tam adı Romulo Xose Kardozo da Krus olan hücumçu Braziliyanın “Atletiko Paranaense” klubunun yetirməsidir. “Göztəpə” onu 2024-cü ildə 2,5 milyon avro müqabilində heyətinə qatmışdı. Braziliyalı forvard Super Liqa təmsilçisinin heyətində 46 oyun keçirib, 22 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.





