Niderland yığmasının baş məşqçisi Ronald Kuman UEFA Millətlər Liqası 1/4 finalının İspaniya ilə qarşıdakı cavab oyunu haqda danışıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Mən yüksək tezlikdə keçəcək daha bir oyun gözləyirəm. Hər iki komanda Cümə axşamı keçirilmiş oyundan nəticə çıxaracaq. Elə xüsuslar var ki, yaxşılaşdırmaq olar. Biz hələ də daha yaxşı oynaya bilərik, amma mən Cümə axşamında hər şeyin necə keçdiyindən də razıyam. Düşünürəm ki, bu, mənim ikinci dəfə yığma komandanın baş məqşçisi vəzifəsinə təyin edildiyimdən bəri, bizim ən yaxşı oyunumuz idi.
Bizim güclü başlanğıc onbirliyimiz və ehtiyat oyunçular skamyamız var, amma mən düşünmürəm ki, biz rəqibi təəccübləndirmək üçün nəyisə dəyiş bilərik”, deyə Ronald Kuman vurğulayıb.
Kuman İspaniya yığmasının və “Barselona”nın 22 yaşlı mərkəz yarımmüdafiəçisi Pedri haqda fikrini də açıqlayıb. Niderlandlı mütəxəssisin müvafiq qənaətini təqdim edirik:
“Pedri dünyanın ən yaxşı mərkəz yarımmüdafiəçilərindən biridir”, deyə Kuman qısaca və qətiyyətlə qeyd edib.
İspaniya – Niderland oyunu bu gün, martın 23-də Valensiyada keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.
Xatırladaq ki, komandalar arasında Rotterdamda keçirilmiş ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.


