Ronaldinyo Dembele və PSJ-nin çıxışına qiymət verdi

Dünya futbolunun braziliyalı əfsanəsi Ronaldinyo ispan mütəxəssis Luis Enrikenin rəhəbərliyi altında PSJ-nin çıxışını qiymətləndirib.

Arena.az Ronaldinyonun müvafiq açıqlamasını təqdim edir:

“Mən Luis Enrikeyə valehəm və ona böyük hörmət bəsləyirəm. O, indi böyük məşqçi olmuş böyük oyunçu olub. O, yaxşı, cəlbedici oyun planı təqdim edir. PSJ – böyük imkana malik komandadır və bu komanda yüksəlişə doğru yoldadır”, deyə “Roni” vurğulayıb.

Ronaldinyo PSJ-nin 27 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembele haqda da qənaətini açıqlayıb:

“PSJ-də Usman Dembele var. O, mənə çox xoş gəlir. Onun üslubu azacıq braziliyasayağıdır! O, rəqiblərini karıxdırır, kəşf edir, təxribata çəkir. Onu, mütəmadi olaraq oxumaq olmur, ən əsası isə o qollar vurur”.

Braziliyalı veteran argentinalı futbolçu Lionel Messi və həmyerlisi Neymarın vaxtilə PSJ-də çıxış etməsindən də söz açıb:

“Neymar bəzi gözəl oyunları ilə əla tarix yazdı, amma onun zədələrlə bəxti gətirmədi. Messi komandada elə də çox olmadı, ancaq onların hər ikisi klubun tarixində öz izini sadəcə onunla qoydular ki, orada oldular”, deyə “Roni” qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: