Ruben Amorim “Tottenhem”ə məğlubiyyətə aydınlıq gətirdi

“Mançester Yunayted”in baş məqşçisi Ruben Amorim İngiltərə Liqa Kubokunun ¼ finalında “Tottenhem”ə səfər məğlubiyyətini (3:4) şərh edib.

Arena.az BBC-yə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz ikinci hissənin əvvəlində diqqətimizi itirdik və çətin məqam yaşandı. Bütün oyuna baxsaq, biz daha yaxşı komanda idik, amma onlar son zərbəni vurmaqda daha dəqiq idilər. Uduzduq, amma oğlanların göstərdiyi mübarizə mənim üçün çox önəmlidir.

Özümüzü inamlı hiss edirdik və topa sahib olmaqda üstünlük təşkil edirdik. Fəsadımız son ötürmə yox, son zərbə idi”, deyə Ruben Amorim vurğulayıb.

Portuqal mütəxəssis bu məğlubiyyətin “qırmızı şeytanları” yönəltdiyi strateji istiqaməti açıqlayaraq, “Mançester Yunayted”in əsas məqsədi haqda məlumat verib:

“Mən artıq sabahı düşünürəm və heç nə hiss etmirəm. Sabah çox xüsusu açıqlaya biləcəyəm. Biz bu gecədən, düşünmək və yaxşı xüsusları ərsəyə gətirmək üçün istifadə etməliyik. Düşünmək olmaz ki, kubokda qələbə hər şeyin yaxşı olduğu anlamına gəlir. Bu, uzun bir səyahət olacaq. Bizim məqsədimiz İngiltərə Premyer Liqasının qalibi olmaqdır. Bunun nə qədər vaxt aparacağını isə mən bilmirəm”, – “Sky Sports” dərgisi Amorimdən sitat gətirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: