Rüfət Dadaşov 35 dəqiqə oynadı, komandası evdə xal itirdi

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 14-cü turu çərçivəsində baş tutan “Videnbruk”la matçın iştirakçısı olub.

“Şalke” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası iki qolun qeydə alındığı oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Rüfət Dadaşov bu görüşün 55-ci dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 4 qol vurmuş millimizin forvardı bu oyunda fərqlənə bilməyib.

“Şalke”nin ikinci komandası bu nəticədən sonra 21 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: